“AzerGold” son üç ildə qızıl və gümüş satışından 400 milyon manat cəlb edib
Bakı, 24 fevral, AZƏRTAC
Son üç ildə "AzerGold" QSC 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manatadək vəsait cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 24-də ötən ilin yekunları və bu il görüləcək işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, "AzerGold" ixraca başladığı 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızıl ixracını həyata keçirib. Bu göstəriciyə QSC-nin hesabına nail olunub. Beynəlxalq bazarlara göndərilən qızılın 60,3 min unsiyası QSC tərəfindən ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]