“Azərikimya” İstehsalat Birliyində iməciliklər davam etdirilir
Sumqayıt, 4 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (İB) bütün idarə və müəssisələrinin ərazisində və Sumqayıt sənaye zonası deyilən geniş bir sahədə iməcilik keçirilmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməcilikdə “Azərikimya” İB-nin Etilen-polietilen, “Üzvi sintez”, mexaniki-təmir zavodlarının, anbar təsərrüfatının, təmir-tikinti və nəqliyyat və xüsusi texnika idarələrinin 500-dən çox işçisi iştirak etmişdir. İməcilikdə sənaye zonasında və müəssisələrin ərazisində xüsusi ayrılmış sahələrdə 1.800-dən artıq müxtəlif növ ağac əkilmiş, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, təmizlik-abadlıq işləri aparılmışdır.
Qeyd edək ki, “Azərikimya” İB-nin keçirdiyi iməciliklərdə şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edirlər. Budəfəki iməcilikdə birliyin əməkdaşları ilə yanaşı, “Sumqayıt” Peşəkar Futbol Klubunun, respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin, birliyin təcili yardım mərkəzinin və “Kimyaçı” poliklinikasının nümayəndələri də iştirak etmiş, onlar üçün ayrılmış ərazidə 100-dən çox ağac əkmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]