“Azərikimya”nın müəssisələrində növbəti payız iməciliyi keçirilmişdir
Sumqayıt, 26 noyabr (AZƏRTAC). Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına daim diqqət yetirən kimyaçılar növbəti payız iməciliyini keçirmişlər. Birliyin Etilen-polietilen, “Üzvi sintez”, Mexaniki-təmir zavodlarının, Anbar Təsərrüfatının, Nəqliyyat və Xüsusi texnika, həmçinin Təmir-tikinti idarələrinin 600-dən artıq əməkçisi iməcilikdə yüksək fəallıqla iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir zamanı müəssisələr üzrə ayrılmış sahələrdə 2 minə qədər müxtəlif ağac növləri - çinar, zeytun, küknar və meyvə ağacları əkilmiş, ötən iməciliklər zamanı əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, onların dibləri yumşaldılmış, üzvi gübrə verilmişdir. Eyni zamanda bütün ərazilərdə geniş təmizlik-abadlıq işləri aparılmışdır.
Qeyd edək ki, təbiətə və ətraf mühitə kimyaçıların diqqət və qayğısının nəticəsi olaraq son iki ildə Sumqayıtın sənaye zonasının 35 hektar sahəsində 80 mindən artıq müxtəlif növ ağac əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]