“AZƏRİQAZ” QAPALI SƏHMDAR CƏMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Cəmiyyətin sədri Əlixan Məlikov bildirmişdir ki, dövlət büdcəsindən əhalinin elektrik enerjisi və qazla təchizatının yaxşılaşdırılması məqsədi ilə ayrılan vəsait ilbəil artır. Lakin istifadə olunmuş təbii qazın və elektrik enerjisinin haqqının ödənilməsində vəziyyət narahatlıq doğurur.
MDB ölkələri ilə müqayisədə Azərbaycanda qazın satış qiymətinin 2 dəfə ucuz olduğunu söyləyən Ə.Məlikov, qonşu dövlətlərdə əhaliyə verilən qazın dəyərinin 95-100 faizinin yığıldığını, respublikamızda isə təkcə iyun ayının yekununa görə bu rəqəmin cəmi 44 faiz olduğunu vurğulamışdır.
Natiq Prezident İlham Əliyevin ölkədə qaz sayğaclarının quraşdırılması işinin bu ilin sonunadək başa çatdırılması və qaz haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı tapşırıqlarını iştirakçıların diqqətinə çatdırmış, problemlərin həlli üçün bütün imkanların səfərbər olunacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]