“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb
Bakı, 25 aprel, AZƏRTAC
“Azərkosmos” və Monakonun peyk operatoru “Monacosat S.A.M” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədin imzalanması “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.
İmzalanmış Anlaşma Memorandumu iki şirkət arasında telekommunikasiya, Coğrafi İnformasiya Sistemləri (CİS) və yerüstü infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
“Azərkosmos” və “Monacosat” arasında qurulan bu strateji tərəfdaşlıq, hər iki şirkətin peyk və kosmik texnologiyalar sahəsindəki imkanlarını genişləndirməyə xidmət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]