“Azərreyl” xorvatiyalı hücumçunu transfer edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ölkəsinin aşağı yaş qruplarında oynamış 29 yaşlı Katarina Pilepiç ilə 1 illik müqavilə imzalanıb. 183 santimetr boya malik voleybolçu Azərbaycandan əvvəl bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub və 2013-cü ilə qədər bu komandanın şərəfini qoruyub. O, ABŞ-da “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin də (2015-2016) formalarını geyinib.
Katarina 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub. Kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var.
Qeyd edək ki, Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]