AZƏRTAC-ın xüsusi müxbiri “Bruggel” İnstitutunda məruzə ilə çıxış edib
Brüssel, 22 iyul, AZƏRTAC
İyulun 21-də Brüsseldə “Brüggel” Siyasi və İqtisadi Araşdırmalar Mərkəzində Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masanın mövzusu Ukraynada davam edən hərbi əməliyyatlar və onların birbaşa və dolayı nəticələri, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə narahatedici təsiri kontekstində böyük aktuallıq kəsb edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniya, Gürcüstan, Ukrayna, Belçika və Litvadan olan ekspertlər məruzələrlə çıxış ediblər. Bu tədbirdə Azərbaycanın ekspertləri də iştirak ediblər. AZƏRTAC-ın Almaniya və Belçikadakı xüsusi müxbiri Vüqar Seyidov tədbirdə təqdimatla çıxış edib. Məruzəçi öz çıxışında müharibənin Avropa İttifaqı üçün mənfi nəticələrin minimuma endirilməsində və xüsusilə enerji resurslarının köhnə dünyaya çatdırılma yollarının şaxələndirilməsində Azərbaycanın artan rolunu qeyd edib. V.Seyidov iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu, onun əsas elementləri və hər iki tərəf üçün əhəmiyyətindən danışıb. O, çıxışda Azərbaycan dövlətinin yaşıl enerjinin inkişafı ilə bağlı siyasəti, hidrogenin hasilatı və ixracı imkanlarına diqqət yetirib. V. Seyidov bərpa olunan enerji sektoru - günəş və külək enerjisinə, xüsusən də bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan və Kəlbəcər rayonlarının ərazilərinə xarici investisiyaların artırılması mövzusuna da toxunub.
Daha sonra aparılan müzakirədə Avropa Parlamentinin deputatları, müxtəlif ölkələrdən diplomatlar, politoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]