“AZFEN” BİRGƏ MÜƏSSİSƏSİNİN HƏMKARLAR İTTİFAQI TƏŞKİLATI TƏSİS EDİLMİŞDİR
Təşəbbüs qrupunun sədri Səid Məmmədov 2 min 700 nəfər işçisi olan müəssisədə həmkarlar ittifaqı təşkilatının təsis edilməsi istiqamətində görülmüş işlərdən danışmışdir. Bildirilmişdir ki, həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərdiyi iş sahələrində sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsinə, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılmasına, əmək intizamının möhkəmləndirilməsinə, əmək qanunvericiliyinə ciddi riayət olunmasına, mədəni-kütləvi tədbirlərin keçirilməsinə xüsusi fikir verəcək, bu vacib məsələlərin həlli istiqamətində məqsədyönlü işlər aparacaq və onların gedişinə daim nəzarət edəcəkdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, “Azfen” BM-in direktoru İsmayıl Məmmədov, Azərbaycan Respublikası Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Təşkilatı Respublika Komitəsinin sədri Cahangir Əliyev kollektivin nümayəndələrini HİT-in yaradılması münasibətilə təbrik etmiş, işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə bağlanacaq kollektiv müqavilənin əhəmiyyətindən danışmış, yaranacaq problemlərin həllində yaxından iştirak edəcəklərini bildirmişlər.
Konfransda “Azfen” BM-in 19 nəfərdən ibarət həmkarlar ittifaqı komitəsi və 5 nəfərdən ibarət təftiş komissiyası seçilmişdir.
Təşəbbüs qrupunun rəhbəri Səid Məmmədov yekdilliklə həmkarlar ittifaqı təşkilatının sədri seçilmişdir.