“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası beynəlxalq təşkilatlara müraciət edib
Bakı, 27 yanvar, AZƏRTAC
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkəmizin Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda bu gün baş vermiş hadisə terror aktı kimi qiymətləndirilib, bu olayın məntiqə və insanlığa sığmadığı vurğulanıb.
Terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşına görə xalqımıza başsağlığı verən “Azİz” assosiasiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizə aparmağa, hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]