AzMİU-nun komandası peyk müsabiqəsinin qalibləri arasında
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin “PİTech” komandası “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin 2-ci mərhələsində iştirak hüququ qazanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Tələbə Elmi Cəmiyyətinin üzvləri - Rizvan Fərzəliyev, Səbilə Zeynallı, Məhəmməd Abbaslı, Turan Məmmədov və Adil Rəhimov “PİTech” komandası adı altında mübarizə aparırlar. AzMİU-nun komandası 42 komanda içərisindən seçilən ən yaxşı 15 komandadan biri olub. Müsabiqənin ilkin “Layihələndirmə” mərhələsini uğurla tamamlayan komanda növbəti, yəni “Reallaşdırma” mərhələsində mübarizəni davam etdirəcək.
Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]