Azor adaları 2020-ci ildə Avropada ən təhlükəsiz yerlərdən biri sayılır
Lissabon, 5 iyun, AZƏRTAC
Azor adaları koronavirus şəraitində məzuniyyət keçirmək üçün Avropada ən təhlükəsiz yerlərdən biri hesab edilir.
AZƏRTAC xəbər verir ki, bu qənaətə “European Best Destination” təşkilatı gəlib. Təşkilat təhlükəsizlik amillərindən biri kimi regionda koronavirusa yoluxmanın sayının az olmasını, tibbi xidmətlərin səviyyəsini vurğulayır. Azor adaları hökumətinin nümayəndəsi Marta Qerreyronun sözlərinə görə, beynəlxalq fərqin daha bir səbəbi odur ki, təbiətdə olmağı, balinaları müşahidə etməyi xoşlayan səyahətçilər üçün bu arxipelaq ideal məkandır, onları buraya yerli mətbəx və ənənələr cəlb edir.
Artıq 16 gündür ki, arxipelaqda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb. Bu günədək regionda 146 yoluxma halı aşkarlanıb, 129 nəfər xəstəlikdən sağalıb, 16 nəfər isə dünyasını dəyişib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]