Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən avtomobil yolundakı sürüşmə zolağında genişlənmə qeydə alınmışdır
Bakı, 3 dekabr (AZƏRTAC). Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən avtomobil yolunun sağ tərəfində baş vermiş sürüşmə sahəsində qismən genişlənmə qeydə alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov demişdir ki, sürüşməyə səbəb ərazidəki evlərdən yamaca axıdılan kanalizasiya sularıdır. B.Qaralov demişdir: “Bu ərazidə birinci dəfədir ki, sürüşmə baş verir. Hadisəyə səbəb bu ərazidəki evlərin kanalizasiya sisteminin olmaması və məişət sularının yamaca axıdılmasıdır”.
Suyun axıdılması nəticəsində süxurlar öz dayanıqlığını itirmiş və sürüşmə sahəsi yaranmışdır. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılmışdır və birgə monitorinqlər aparılır. Hazırda sürüşmənin dinamikası öyrənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]