Badmintonçumuz Avropa Oyunlarında səkkizdəbir finala vəsiqəni təmin edib
Krakov, 27 iyun, AZƏRTAC
Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən III Avropa Oyunlarında növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, qadınların şəxsi yarışında D qrupunun ikinci turu çərçivəsində Moldova təmsilçisi Vlada Ginga ilə qarşılaşan təmsilçimiz hər iki setdə rəqibini üstələyərək (21:10, 21:17) səkkizdəbir finala vəsiqəni təmin edib. Badmintonçumuz qrup mərhələsində son görüşünü iyunun 28-də Almaniya idmançısı Li Yvonneyə qarşı keçirəcək.
Qeyd edək ki, idmanın badminton növü Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Dünya çempionatından sonra "Paris-2024" Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.