Badmintonçumuz dünya çempionatına qələbə ilə başlayıb
Bakı, 22 avqust, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə badminton üzrə dünya çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, kişi badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan millimizin üzvü Edi Reski Dviçayo mundiala qələbə ilə başlayıb.
Mübarizəyə 1/32 finaldan başlayan idmançımız ilk görüşündə ABŞ təmsilçisi Castin Ma ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən Dviçayo yekunda 2:0 (21-14,21-17) hesablı qələbə qazanıb.
O, 1/8 finala yüksəlmək uğrunda keçiriləcək görüşdə 1/32 finalda ispaniyalı Pablo Abianı mübarizədən kənarlaşdıran Sinqapur badmintonçusu Loh Kin Yeşlə üz-üzə gələcək.
Kişi badmintonçuların qoşa yarışında isə Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi tailandlı Supak Jomkoh-Kittinuponq Kedren cütlüyünə 0:2 (13-21,12-21) hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]