“BAHARLI” QƏSƏBƏSİ SAKİNLƏRİ QƏBUL ETMƏYƏ HAZIRDIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qəsəbəyə köçürülmə Dövlətqaçqınkomun Repatriasiya Departamentinin əməkdaşları tərəfindən püşkatma yolu ilə həyata keçiriləcəkdir. Qəsəbə sakinlərinə torpaq sahələri də ayrılmışdır.
Bundan əlavə, Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrində və Bərdə dəmiryolundakı yük vaqınlarında yaşayan 3860 qaçqın və məcburi köçkün ailəsi də rayonun ərazisində salınan yeni qəsəbələrdə evlə təmin olunacaqdır. İndiyədək həmin qəsəbələrə 800-dən çox sakin köçürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:24]
Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
- 15.10.2026 [12:10]