“Bakı 2019”: Türkiyənin oğlan və qız basketbolçuları qrupda sonuncu oyunda uduzublar
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının üçüncü gününə həm oğlanların, həm də qızların yarışlarında B qrupunda yer alan Türkiyə təmsilçilərinin qarşılaşmaları ilə start verilib.
AZƏRTAC xəbər verir ki, türkiyəli oğlan basketbolçular qrupdakı sonuncu görüşdə Yunanıstan təmsilçiləri ilə üz-üzə gəliblər. Qarşılaşma Yunanıstan seçməsinin xeyrinə başa çatıb - 67:62.
Türkiyənin qızlardan ibarət basketbol komandası da qrupda sonuncu oyunda uduzub. Macarıstan yığması 62:39 hesabı ilə qələbə qazanıb.
Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.