Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları və qonaqları tanınmış simalardır VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn, Azərbaycan əsilli Fəriba Vəfi də sərginin fəxri qonaqları sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli məlumat verib.
Onun sözlərinə görə, sərgi çərçivəsində 7 gün ərzində fəxri yazarların və fəxri qonaqların iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellərdə iştirak) təşkil ediləcək.
Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub.
Sərgiyə giriş ödənişsizdir.