Bakı boks üzrə Çempionlar Gecəsinə ev sahibliyi edəcək
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.
Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, ilk dəfə “Sea Breeze Resort”da təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.
Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaqlar. 47,6 kiloqramda dünya çempionu Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kiloqram) Səidcəmşid Cəfərov (72,6 kiloqram) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşacaq.
Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kiloqram) Xurşidbek Rasuljonovla (Özbəkistan), Dünya Kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kiloqram) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.
Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya, 76,2 kiloqram) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 19:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]