Bakı Dövlət Universiteti QS-də indikatorlar üzrə irəliləyişə nail olub
Bakı, 25 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi tərəfindən aparılan “QS World University Rankings 2024” qiymətləndirməsində bir sıra indikatorlar üzrə əvvəlki ilə nisbətən irəliləyiş əldə edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Son bir il ərzində akademik reputasiya (academic reputation) indikatoru üzrə 30 faiz (7.4-dən 9.6-ya), işəgötürən reputasiyası (employer reputation) indikatoru üzrə 68 faiz (1.9-dan 3.2-yə), fakültə-tələbə nisbəti (faculty student ratio) indikatoru üzrə 15 faiz (29.5-dən 33.9-a), fakültə üzrə elmi məqalələrə istinad (citation per faculty) indikatoru üzrə isə təxmini 8 faiz (1.3-dən 1.4-yə) artım əldə olunub.
QS qiymətləndirmə metodologiyasına (2023) əsasən qeyd olunan indikatorlar ümumi qiymətləndirmənin 75 faizini (akademik reputasiya 30 faiz, işəgötürən reputasiyası 15 faiz, fakültə-tələbə nisbəti 10 faiz, fakültə üzrə istinad isə 20 faiz) əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]