Bakı Dövlət Universitetində yay semestri üzrə dərslər yekunlaşır
Bakı, 26 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilində təşkil edilən yay semestri başa çatır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, yay semestri dərslərində 975 bakalavr və 29 magistr iştirak edir. Yay semestri üzrə imtahanlar sentyabr ayının əvvəlində təşkil olunacaq.
BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil edilib.
Yay semestrində qeyd edilən tədris ilində tələbələrin fənlər üzrə akademik borclarının ləğv olunması və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]