Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq mərkəzindən tələbələr üçün onlayn müsabiqə
Bakı, 19 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi “Qalibiyyətə doğru qabiliyyətlə” adlı onlayn yaradıcılıq müsabiqəsi elan edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Mədəniyyət-yaradıcılıq mərkəzi bu nominasiyalar üzrə onlayn yaradıcılıq müsabiqəsi elan edib: vokal ifa (milli, estrada, klassik), instrumental ifa, rəqs (müasir, milli, pantomim), aktyorluq (bədii qiraət, etüd, monoloq, dram), rəsm, foto, əl işləri (toxuma, tikmə, suvenir, bəzək əşyaları, aksesuar düzəltmə qabiliyyəti). Bu qabiliyyəti olan BDU tələbələri öz bacarığını video (və ya foto) şəklində tələbə biletinin surəti ilə birlikdə 2021-ci il martın 1-dək Mərkəzin elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.
Müsabiqədə yalnız Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilər.
Qaliblər martın 20-də elan olunacaq və mükafatlandırılacaq. Əlavə məlumatı (+994 55) 956 45 19 telefon nömrəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]