İDMAN
BAKI DÜNYA BİRİNCİLİYİNİ QAZANDI, NÖVBƏTİ HƏDƏF AVROPA ÇEMPİONATIDIR
Baş katib demişdir ki, yarışı təşkil etmək üçün Bakı ilə yanaşı, Xarkov və Belqrad da öz namizədliklərini irəli sürmüşdülər. Lakin Beynəlxalq Qılıncoynatma Federasiyası (FİE) Bakını daha üstün tutmuşdur. Bununla bağlı son qərar FİE-nin noyabrda keçiriləcək konqressində təsdiqini tapacaqdır.
R. Məmmədov demişdir ki, FİE-nin rəhbərliyi Bakının bu yarış ücün təqdim etdiyi sorgu-məlumat kitabında infrastruktur, hava limanı , hotellər haqqında məlumatlarla tanış olduqdan sonra yarışı keçirməyi Azərbaycanın paytaxtına həvalə etmişdir.
Lakin Azərbaycan Qılıncoynatma Federasiyası yalnız dünya birinciliyi ilə kifayətlənməyəcəkdir. Yaxın planlar haqqında danışan R. Məmmədov iyunda Bolqarıstanda Avropa Qılıncoynatma Federasiyasının konqressində 2012-ci il böyüklər arasında Avropa çempionatının Bakıda keçirilməsi üçün Azərbaycanın namizədliyini irəli sürəcəklərini söyləmişdir. O demişdir ki, yarışı təşkil etmək üçün Azərbaycan ən real namizədlərdən biridir.