Bakı dünyanın ən maraqlı paytaxt şəhərləri sırasında...
Vilnüs, 22 fevral, AZƏRTAC
Litvanın www.15min.lt portalında dünyanın ən maraqlı paytaxt şəhərləri haqqında məlumat yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, portalda paytaxt Bakı dünyanın dəniz səviyyəsindən aşağıda yerləşən tək və unikal şəhəri olaraq qeyd olunub.
Məlumatda vurğulanır ki, Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Xəzərin “dəniz səviyyəsindən aşağı dəniz” adlandırıldığı məqalədə onun əslində göl olması da diqqətə çatdırılır. Burada Azərbaycanın ən yüksək nöqtəsi - Bazardüzü zirvəsi barədə də qısa məlumat verilib.
Məlumat üçün bildirək ki, dünyanın ən hündür paytaxtı Boliviyanın La-Paz şəhəridir. O, dəniz səviyyəsindən 3,64 km hündürlükdə yerləşir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]