BAKI KƏNDLƏR FUTBOL FEDERASİYASININ NÖVBƏTİ HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bakı Kəndlər Futbol Federasiyasının ikinci hesabat-seçki konfransı keçirilmişdir.
Konfransda Federasiyasının İcraiyyə Komitəsinə seçkilər keçirilmişdir.
İcraiyyə komitəsinin yeni seçilmiş 4 üzvü arasında tanınmış veteran hakim Rüstəm Rəhimov və ADBTİA-nın futbol kafedrasının müdiri Rafiq Bağırov da vardır.
Federasiya prezidenti hacı Vaqif Davudov bildirmişdir ki, ölkəmizin Prezidenti İlham Əliyevin Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət proqramının təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq Bakının kənd və qəsəbələrində bu idman növünün populyarlaşması istiqamətində qurum çox mühüm işlər görür. Müxtəlif yaş qrupları üzrə təşkil edilən çempionat isə kiçik yaşlı istedadların aşkar olunmasında böyük əhəmiyyətə malikdir.
Daha sonra AFFA-ya üzv qəbul olunmaq üçün müraciət qəbul edilmişdir.
Tədbirin sonunda futbolun inkişafında fəal iştirak etdikləri üçün Biləcəri, Şüvəlan bələdiyyələri və Sahil qəsəbə icra nümayəndəliyi federasiyanın diplomları ilə təltif olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]