BAKI KLİNİKALARINDA QUŞ QRİPİNƏ YOLUXDUĞU EHTİMAL OLUNAN XƏSTƏLƏR YOXDUR
Səhiyyə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, quş qripi ehtimalı ilə 2 nömrəli uşaq klinik xəstəxanasına qoyulan iki qız - 15 və 17 yaşlı Salyan rayon sakinləri aprelin 12-də evə buraxılmışlar. Londondakı referens-laboratoriya 15 yaşlı qızın analizlərində həmin virusun mövcudluğunu təsdiqləmişdir. Digərində isə klinik təzahürlər quş qripi əlamətlərinə bənzəmiş, lakin Bakıdakı laboratoriyada PSR aparatında aparılan tədqiqatlar H5N1 virusu aşkara çıxarmamışdır. Buna baxmayaraq, onun analizləri daha 43 adamın analizləri ilə birlikdə London laboratoriyasına göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]