“BAKI” KOMANDASI FUTBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBİ OLMUŞDUR
Bakı, 17 may (AZƏRTAC). “Bakı” futbol klubu 17-ci Azərbaycan çempionatının qalibi olmuşdur.
Sonuncu - 26-cı turda “Bakı” komandası Salyanın “Muğan” komandası üzərində 4:0 hesabı ilə qalib gələrək 62 xalla yarışın qızıl medallarına sahib olmuşdur.
Oyun başa çatdıqdan sonra çempiona kubok təqdim olunmuşdur.
“Bakı” həm də 2009-2010-cu il mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqası turnirində təmsil etmək hüququ qazanmışdır.
Gümüş medala isə paytaxtın “İnter” komandası layiq görülmüşdür. Son turda “Bakılı”nı 5:1 hesabı il məğlub edən “İnter” çempionatı 61 xalla ikinci yerdə başa vurmuşdur.
Üçüncü yeri “Simurq” (Zaqatala) tutmuşdur. Son turda “Xəzər- Lənkəran”a 1:3 hesabı ilə uduzmasına baxmayaraq, Zaqatala təmsilçisi ilk dəfə yarışın mükafatçıları sırasına düşmüşdür.
“Xəzər- Lənkəran” mövsümü 50 xalla 4-cü yerdə başa vurmuşdur.
“İnter” və “Simurq” komandaları UEFA kuboku turnirinə vəsiqə qazanmışlar.
Son turun digər oyunlarının nəticələri isə belədir:
“Standard” - MOİK- 2 : 1, “Qəbələ” - “Turan” - 0 : 1, “Olimpik” - “Neftçi” - 0 : 0, “Karvan” - “Qarabağ” - 0 : 0.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]

