Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Limanı ilə “Rail Cargo Group” anlaşma memorandumu imzalayıb

Bakı, 13 mart, AZƏRTAC

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birgə reallaşdırdığı “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin həyata keçirilməsi məqsədilə yaradılan işçi qrupunun növbəti iclası keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın nəqliyyat sahəsində çalışan dövlət və özəl qurumlarını özündə birləşdirən işçi qrupun üzvləri “Avstriya Federal Dəmir Yolları” SC-nin yük daşımaları üzrə törəmə şirkəti olan “Rail Cargo Group”un Müşahidə Şurasının üzvü Tomas Karqla dünya nəqliyyat dəhlizlərində şirkətin fəaliyyəti, yük axınlarının artırılması və bu müstəvidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (Orta dəhliz) inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

İşçi qrupun diqqətinə çatdırılıb ki, “Şərq-Qərb” istiqamətində ildə 1,5 milyon konteynerin daşınmasına ehtiyac var, Avropa və Çin arasında daşınan konteynerlərin sayı isə 600 mindir. Bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta dəhlizlə Bakı Limanından keçərək Türkiyə üzərindən Avropaya nəql olunmasını planlaşdırır.

“Rail Cargo Group”un Müşahidə Şurasının üzvü T.Karql qeyd edib ki, Orta Dəhlizlə yaxın illərdə Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin sayı artacaq, bu da dəhlizin daha rəqabətə dözümlü olmasını zəruri edir. Avstriya dəmir yollarının rəsmisi yaxın günlərdə Bakı Limanında malların müvəqqəti saxlanc və gömrük anbarının fəaliyyətə başlamasını Xəzər dənizi hövzəsində işləyən iri transmilli şirkətlərin maraqlarına xidmət edəcəyini də deyib.

İclasda, həmçinin qərara alınıb ki, işçi qrupunun növbəti toplantısında Avropa, Türkiyə və Qazaxıstanın aparıcı logistika və nəqliyyat şirkətləri də iştirak etsin. Qeyd olunan şirkətlərin iştirakı Azərbaycanın Avropa ilə Asiya arasında vacib logistika və paylayıcı mərkəzə çevrilməsinə, ökəmiz üzərindən keçən marşrutun rəqabətə dözümlülüyünün artırılmasına töhfə verəcək.

Tədbirin sonunda Bakı Limanı ilə “Rail Cargo Group” arasında anlaşma memorandumu imzalanıb. Sənədi Bakı Limanının baş direktoru Taleh Ziyadov və “Rail Cargo Group”un Müşahidə Şurasının üzvü Tomas Karql imzalayıblar.

T.Ziyadov qeyd edib ki, Avropa ilə Asiya arasında vacib coğrafi mövqeyə malik Bakı Limanı Avropa qitəsinin aparıcı yükdaşıma şirkətlərini Orta dəhlizə cəlb etməyə davam edir. Avstriya şirkəti ilə imzalanan memorandum Orta dəhlizin rəqabətliliyini artıracaq və Azərbaycanın Avropanın aparıcı habları ilə işləməsini təmin edəcək.

T.Karql isə bildirib ki, 2019-cu ilin oktyabrında Sian şəhərindən çıxan sınaq qatarı 18 gün ərzində Çex Respublikasına çatıb: “Bu göstərici baxımdan Orta dəhliz kifayət qədər rəqabətə dözümlüdür. “Rail Cargo Group” olaraq, 2020-ci ilin birinci yarısında Bakı Limanı ilə əldə olunmuş razılıq əsasında, artıq Venlodan (Niderland) ilk sınaq qatarını Bakı Limanından keçmək şərtilə Çinə yollayacağıq. Hesab edirik ki, Avropadan Çinə və əks istiqamətdə Orta Dəhlizlə mütəmadi olaraq yük axını təmin olunacaq.”

Həmçinin, “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin həyata keçirilməsi məqsədilə yaradılan işçi qrupun iclasının yekunu olaraq “Rail Cargo Group” şirkəti ilə atılacaq gələcək addımlara dair protokol qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb VİDEO

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb VİDEO

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir