BAKI LİMANINDAN 1 MİLYON 600 MİN TON NEFT VƏ NEFT MƏHSULLARI DAŞINMIŞDIR
Bakı limanından AZƏRTAC-a bildirmişlər ki, bu ilin 11 ayı ərzində Bakı limanının neft terminalından təxminən 1 milyon 600 min ton neft və neft məhsulları göndərilmişdir.
Tranzit neftin ümumi həcmində Türkmənistanın payı təxminən 1 milyon ton, Qazaxıstanın payı 460 min ton, Azərbaycanın payı isə 52 min tondur.
Bakı limanı vasitəsilə neft və neft məhsullarının tranziti ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə aşağı düşmüşdür. 2001-ci ildə bu göstərici 2,280 milyon ton olmuşdur.
Neft daşınması həcminin kəskin surətdə aşağı düşməsi, ilk növbədə, Qazaxıstan neftinin tranzitinin azalması ilə əlaqədardır. Bunun da səbəbi odur ki, hazırda Qazaxıstan neftinin çox hissəsi Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməri vasitəsilə ixrac edilir.
Qazaxıstan neftinin tranzitinin azalması ilə bağlı Türkmənistan neftinin həcmi 2001-ci illə müqayisədə təxminən iki dəfə artmışdır.
Bütövlükdə 11 ayda Bakı limanından təxminən 4,5 milyon ton müxtəlif yüklər daşınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]