BAKI-NOVOROSSİYSK BORU KƏMƏRİ 2728317 TON NEFT İXRAC EDİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, iyulda Bakı-Novorossiysk kəməri ilə 373 550 ton neft nəql edilmişdir. Bunun 74728 tonu ARDNŞ-ə, 298 822 tonu isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) məxsus olmuşdur. Cari ilin 7 ayında isə bu marşrutla 2 milyon 728 min 317 ton neft daşınmışdır ki, bunun da 421 478 tonu ARDNŞ-in, 2 milyon 306 min 839 tonu isə ABƏŞ-indir.
Marketinq və iqtisadi əməliyyatlar idarəsi ötən 7 ay ərzində Novorossiysk terminallarında 348 512 ton xam neft satmışdır.
İyulda Brent markalı neftin bir barreli 73,66 dollara, ARDNŞ neftinin də daxil olduğu Urals qarışığının bir barreli isə 69, 21 dollara satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]