REGİONLAR
Bakı-Qazax yolunda minik avtomobili və mikroavtobus toqquşub, yaralılar var VİDEO
![](/files/galleryphoto/2022/1/1200x630/16456172813258959270_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456172811796954627_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456172812731050204_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456172814909362634_1200x630.jpg)
Kürdəmir, 23 fevral, AZƏRTAC
Bakı-Qazax yolunda minik avtomobili və mikroavtobus toqquşub, yaralılar var. Yol qəzası avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, minik avtomobili və mikroavtobusun toqquşması nəticəsində avtomobillərdə olan 8 nəfər - Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Almazov Şahmurad Bəhlul oğlu, Salyan rayon sakinləri 1989-cu il təvəllüdlü Mehralıyeva Günel Bəxtiyar qızı, 2008-ci il təvəllüdlü Teymurova Turanə Taleh qızı, 2018-ci il təvəllüdlü Səfərli Cansu Mahir qızı, 1990-cı il təvəllüdü Mehralıyeva Aygün Bəxtiyar qızı, 1968-ci il təvəllüdlü Mehralıyeva Vəzifə Nəhmət qızı, 1978-ci il təvəllüdlü Məmmədov Elton Məhəmməd oğlu və 1996-cı il təvəllüdlü Səfərov Mahir Zeynal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Yol Polisi tərəfindən araşdırma aparılır.