İDMAN
Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə yarışlar keçirilir VİDEO
Günün birinci yarısında yaxşı nəticələr göstərmiş idmançılar arasında üzgüçülük yarışları davam edir.
Bu gün qadınlar arasında üzgüçülüyün 200 metr məsafəyə kəpənək üsulu, 100 metr məsafəyə sərbəst üsul, 200 metr məsafəyə arxasıüstə yarışlarının finalçılarının adları, habelə 400 metr məsafəyə fərdi kompleks, 800 metr məsafəyə sərbəst, 50 metr məsafəyə brass və sərbəst üsulla 4x100 estafet yarışlarının qalibləri müəyyən olunacaq.
Kişilər finala çıxmaq uğrunda 200 metr məsafəyə brass və 100 metr məsafəyə arxası üstə üzməkdə mübarizə aparırlar. Həmçinin 400 metr məsafəyə sərbəst, 50 metr məsafəyə kəpənək və sərbəst üsulla 4x100 estafet yarışlarında medalların sahibləri müəyyən ediləcək.
15:58
Qadınlar arasında üzgüçülük üzrə 50 metr məsafəyə brass, 100 və 800 metr məsafəyə sərbəst, 200 metr məsafəyə kəpənək üsulu ilə, habelə 400 metr məsafəyə fərdi kompleks, 200 metr məsafəyə arxası üstə və sərbəst üsulla 4x100 estafet üzrə ilkin yarışlar başa çatıb. Kişilər 50 metr məsafəyə kəpənək, 400 metr məsafəyə sərbəst, 100 metr məsafəyə arxası üstə, 200 metr məsafəyə brass və sərbəst üsulla 4x100 estafet üzrə yarışlarda mübarizə aparıblar.
Ölkəmizi Murad Ayxan (28.75 saniyə), Kamran Cəfərov (27.17 saniyə) və İvan Andrianov (25.14 saniyə) 50 metr məsafəyə kəpənək üsulu ilə, Anna Mançenkova (1:03.15 dəqiqə) 100 metr məsafəyə sərbəst, Alsu Bayramova (2:24.36 dəqiqə) 200 metr məsafəyə kəpənək, Qriqori Kalmınski (59.79 saniyə) 100 metr məsafəyə arxası üstə, Anton Jeltyakov (2:19.38 dəqiqə) 200 metr məsafəyə brass və Yuliya Stısyuk (2:30.06 dəqiqə) 200 metr məsafəyə arxası üstə üzməklə təmsil ediblər. Azərbaycan idmançıları, həmçinin kişilər arasında (3:37.06 dəqiqə) sərbəst üsulla 4x100 estafet üzrə yarışlarda iştirak ediblər.
11:53
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də birinci Avropa Oyunları çərçivəsində Bakı İdman Sarayında kişilər və qadınlar arasında su idmanı yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, artıq brass (50 metr), kəpənək (50 metr) və sərbəst (100) üsullarda seçmə mərhələnin yarışları keçirilib.