Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN MARŞRUTU DƏYİŞMƏYƏCƏK

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) prezidenti Devid Vudvord noyabrın 29-da Tbilisidə Gürcüstan Beynəlxalq Neft Korporasiyasının (GBNK) prezidenti Georgi Çanturiya və Təbii Ehtiyatlar Nazirliyinin, “Yaşıllar” hərəkatının nümayəndələri ilə keçirilən görüşdə qəti şəkildə bəyan etmişdir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin marşrutu dəyişməyəcəkdir. 

Görüşdə GBNK-nın başçısı ölkədə bəzi qüvvələrin, ilk növbədə, “Yaşıllar” hərəkatının, Təbii Ehtiyatlar Nazirliyinin Bakı-Tbilisi-Ceyhan kəmərinin Borjomi dərəsindən keçməsinə etirazının səbəbləri barədə məlumat verdi. O xatırlatdı ki, ABŞ Prezidentinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi, səfir Stiven Mən həmin məsələni həll etmək üçün bu yaxınlarda Tbilisiyə gəlmiş, lakin Gürcüstanın yuxarıda adları çəkilən qurumlarının nümayəndələri ilə görüşdə bir nəticə əldə edilməmişdir. G.Çanturiya dedi: “Odur ki, sizin şəxsən Tbilisiyə gəlməyiniz çox vacib idi. Bir də ona görə ki, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan öz neftinin nəqli üzrə marşrutun əhalisinin böyük əksəriyyətini ermənilər təşkil edən Axalkalaki bölgəsindən keçməsinə qətiyyən razı deyildir”.

Görüşdə iştirak edən Gürcüstan Təhlükəsizlik Şurasının katibi Tedo Caparidze çıxışında vurğuladı ki, Gürcüstanla Azərbaycan nəinki dost ölkələr, həm də strateji tərəfdaşlardır. Biz Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin Gürcüstan ərazisindən keçməsini, eləcə də Bakı-Supsa kəmərini Azərbaycanın və onun rəhbəri Heydər Əliyevin xalqımıza böyük qayğısı kimi qiymətləndiririk və buna görə də bu obyektlərin marşrutu haqqında Azərbaycanın qərarının əleyhinə çıxmaq bizim tərəfimizdən haqsızlıq olardı.

Təbii ehtiyatlar naziri Nino Cobxadze Bakı-Tbilisi-Ceyhan kəmərinin marşrutuna etirazını onunla əsaslandırmağa çalışdı ki, Borjomi dərəsi dövlət qoruğudur, orada çıxarılan mineral su dünyada məşhurdur və ölkə büdcəsinə hər il xeyli gəlir gətirir. Nazir bu səbəbdən neft kəmərinin təhlükəsizliyinə təminat verilməsini tələb etdi.

Bütün tələb və iradları diqqətlə dinləyən ABƏŞ-in prezidenti Devid Vudvord bunların hamısının əsassız olduğunu və bu işdə kimlərinsə barmağı olduğunu vurğulayaraq dedi: “Bu boru kəməri ilə ixrac ediləcək məhsul Azərbaycanındır, onun öz sərvətidir. Təbii ki, Azərbaycan milyonlarla dollar və çox böyük zəhmət bahasına hasil olan neftinin ermənilər yaşayan bölgə vasitəsilə ixrac edilməsinə razılıq verə bilməz. Bu, birincisi. İkincisi, sizin dövlət büdcəsi heç yarım milyard dollar da deyildir və bəyan edirsiniz ki, Borjomi suyu ölkənizin əsas gəlir mənbələrindən biridir. Özünüz hesablayın, görün, bu su, yoxsa Bakı-Tbilisi-Ceyhan sizə daha çox mənfəət gətirəcək. Onu da unutmayın ki, Azərbaycan bu kəmərin Gürcüstan ərazisindən keçməsinə görə milyonlarla dollar məbləğində tranzit haqqını Gürcüstana bağışlamışdır. Nəhayət, onu da unutmayın ki, istər Bakı-Supsaya, istər Bakı-Tbilisi-Ceyhana, istərsə də Bakı-Tbilisi-Ərzuruma görə cənab Heydər Əliyevə çox təzyiqlər, çox hədə-qorxular oldu, amma o, dediyindən dönmədi. O ki qaldı boru kəmərinin təhlükəsizliyinə, buna təkcə ABƏŞ deyil, GBNK də tam təminat verir”.

ABƏŞ prezidentinin sanballı dəlillərə əsaslanan çıxışından sonra nə “Yaşıllar”dan, nə də Gürcüstan Təbii Ehtiyatlar Nazirliyinin nümayəndələrindən kəmərin Borjomidən keçməsinə qarşı etiraz edən olmadı. Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin nəzərdə tutulduğu marşrutla keçməsi haqqında qarşılıqlı razılıq əldə edildi.

X X X

Elə həmin gün Gürcüstan Prezidenti Eduard Şevardnadze ABƏŞ-in başçısını və onunla birlikdə gələn nümayəndə heyətini qəbul etdi. Cənab Vudvord əvvəl keçirilən görüş barədə ətraflı məlumat verdi.

Cənab Şevardnadze dedi: “Mən sizin qərarınızdan çox məmnunam, çünki dostum Heydər Əliyevə Praqada söz vermişdim ki, bu məsələ ayın sonunadək məhz onun istədiyi kimi həll ediləcəkdir. Şadam ki, belə də oldu”. Gürcüstan rəhbəri ümidvar olduğunu bildirdi ki, bundan sonra neft kəmərinin tikintisi ilə əlaqədar qarşıya daha heç bir problem çıxmayacaq və inşaat işləri razılaşdırılmış müddətdə başa çatdırılacaqdır.

X X X

Günün sonunda Devid Vudvord və Georgi Çanturiya yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirərək, onları maraqlandıran suallara cavab verdilər.

Şahismayıl Məmmədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq