BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN MÜHAFİZƏSİ İLƏ BAĞLI PROBLEM YOXDUR
Baş nazirin müavini Abid Şərifov AZƏRTAC-a bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanmış Sazişə əsasən, Azərbaycanda hərbiləşdirilmiş dəstə yaradılmışdır. Dəstə bütün lazımi avadanlıqla təchiz olunmuşdur.
BTC-nin Azərbaycan hissəsindəki nasos stansiyaları, terminal və xəttin özü yüksək səviyyədə mühafizə olunur. Kəmərin mühafizəsi ilə bağlı heç bir problem yoxdur.