Bakı və Pakistan birjaları arasında memorandum imzalanıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 24-də Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjası (PSX) arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və Pakistan Fond Birjasının Baş İcraçı Direktoru Fərrux Sabzvari imzalayıblar. Virtual imzalanma mərasimində Bakı Fond Birjasının və Pakistan Fond Birjasının nümayəndə heyətləri iştirak ediblər.
Memorandumun məqsədi Pakistan və Azərbaycanın kapital bazarlarına dair əməkdaşlıq əlaqələrini gücləndirmək, hər iki ölkənin maliyyə xidmətləri sektorlarında qarşılıqlı inkişafı təşviq etməkdir.
Memorandumun imzalanması ilə başlayan strateji tərəfdaşlığın Pakistan və Azərbaycanın maliyyə sektorunda daha sıx əlaqələrə yol açacağı, hər iki ölkədə ümumi iqtisadi artıma və investisiya mühitinə töhfə verəcəyi gözlənilir.
Memorandum Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:41]
Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]
Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
- 09.06.2026 [12:05]