Bakı Zooloji Parkı tirəndazları təbiətə buraxacaq
Bakı, 17 dekabr, AZƏRTAC
Bakı Zooloji Parkın fəaliyyəti təkcə ziyarətçiləri qəbul etməklə məhdudlaşmır. Parkın iş prinsipi, eyni zamanda, ölkəmizdə nəsli kəsilməkdə olan heyvan növlərinin saxlanılması, çoxaldılması və öz tarixi areallarına geri qaytarılması üzərində qurulub.
Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq parkın icraçı direktoru Nəzakət İsayeva deyib.
“Reintroduksiya layihəsi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Şahdağ Milli Parkına nəcib marallar, Acınohur çölünə ceyranlar buraxılmışdır. Yaxın gələcəkdə isə tülkü, canavar və “Qırmızı kitab”a daxil edilmiş tirəndazların təbiətə buraxılacağı planlaşdırılır”, - deyə icraçı direktor bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:00]
Sabah hava əsasən yağmursuz keçəcək
- 16.10.2026 [11:18]
Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir
- 15.10.2026 [12:55]
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 15.10.2026 [09:06]
ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur
- 14.10.2026 [13:06]
Sabah hava əsasən yağmursuz keçəcək
- 13.10.2026 [12:56]