BAKIDA 855 BANKOMATDAN İSTİFADƏ OLUNUR
Hazırda ölkədə 1432 ATM-bankomat vardır. Onların sayı ötən ilin sentyabrından bəri 246 ədəd artmışdır.
AZƏRTAC xəbər verir ki, bankomatların 855-indən Bakıda, 577-sindən isə digər şəhər və rayonlarda istifadə olunur.
7 min 133 POS-terminaldan 6 min 529-u Bakıda, 604-ü isə regionlardadır.