BAKIDA ATÇILIQ İDMANI ÜZRƏ DÜNYA KUBOKUNUN MƏRHƏLƏ YARIŞLARI KEÇİRİLƏCƏKDİR
Bakı, 26 yanvar (AZƏRTAC). Mayın 8-dən 10-dək Bakıda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Novxanıdakı təlim-məşq bazasında ilk dəfə olaraq Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) təqvim planına daxil edilmiş konkur üzrə Dünya Kubokunun "Csi 2*- VV Baku" mərhələ yarışları keçiriləcəkdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) bildirmişlər ki, Dünya Kubokunun mərhələ yarışlarına Türkiyə, İran, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və digər ölkələrin idmançıları dəvət olunmuşlar.
Beynəlxalq turnirdə ölkəmizin idman şərəfini Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin, "Günay" Atçılıq Təsərrüfatının və Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Atçılıq İdman Klubunun idmançıları qoruyacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]