Bakıda Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində Azərbaycan qlaukomatoloqlarının V elmi-praktik konfransı keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Azərbaycan qlaukomatoloqlarının V elmi-praktik konfransı” keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd qlaukoma mövzusu ilə bağlı yenilikləri, müalicə üsullarını müzakirə etmək, region həkimlərinin və gənc kadrların iştirakını təmin edərək, onların bu yenilikləri tətbiq etməsinə şərait yaratmaqdan ibarətdir.
Konfransda Türkiyədən, regionlardan, digər təşkilatlardan və Milli Oftalmologiya Mərkəzinin həkim heyəti iştirak edib.
Hicran Namazova, Kazımova Leyda, İbrahimova Sona, Məmmədova Gülnarə, Məcidova Səbinə, Ramazanova Xuraman, Sultanova Mariat, Həsənova Nigar, Qəlbinur Tural, Əfəndiyeva Mətanət, Carullazadə İmran, Pirmətov Məhərrəm, Mehmet Yakın, Gülizar Demirok və Ümit Ekşioğlu tərəfindən məruzələr edilib, qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Elmi-praktik konfransa moderatorluğu professorlar Kərəm Kərimov, Paşa Qəlbinur, həmçinin Hicran Namazova, Nizami Bağırov, Rasim Hacıyev, Müşfiq Kərimov, Tural Qəlbinur, Aybəniz Əhmədova, Qurban Ismayilov, Nigar Həsənova, Emin Əlihüseynli, Сəmil Həsənov, Rafadar Xəliliov, Xəlil Hüseynov, Məhərrəm Pirmətov və İmran Carullazadə həyata keçiriblər.
Daha sonra Cəmil Həsənov tərəfindən canlı cərrahiyə təqdim olunub. Sonda sual və təkliflər səsləndirilib.
Tədbirin təşkilat komitəsinin üzvləri Ceyhun Nəzərli, Cəmil Həsənov, Yazgül Abdıyeva, Mətanət Əfəndiyeva, Nigar Həsənova, Ruhəngiz Balayeva və Sona İbrahimova olub.