Bakıda “Dəniz Kuboku-2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqustunda Xəzər dənizinin ölkəmizə aid ərazi sularında təşkil olunması nəzərdə tutulan “Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib.
Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Sonda konfransın yekun protokolu imzalanıb.