Bakıda “Disney” multimedia şousu olacaq
Bakı, 18 aprel, AZƏRTAC
“Art-East Media Group” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2023-cü il iyunun 3-4-də paytaxt sakinlərini və şəhərimizin qonaqlarını son zamanların virtuoz yaradıcı kollektivinin, öz sahəsində liderlərlə rəqabət aparan və konsertləri anşlaqla keçən “Avanqard” kamera orkestrinin iştirakı ilə multimedia “Disney” şousuna dəvət edir.
Kompaniyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu möhtəşəm şouda nağıl və ən məşhur cizgi filmlərinin qəhrəmanları sizin qarşınızda olacaqlar. Nostalgiya və sehrli dəqiqələr yaşamaq istəyənlər, həmçinin bu heyranedici hisslərin təsiri altında uzun müddət qalmağı arzu edənlər canlı və ecazkar musiqinin sədaları altında məşhur qəhrəmanlarla ünsiyyət quracaqlar. Bu şou uşaqların səmərəli istirahətini təmin edəcək, onların dünyagörüşünü artıracaq və azyaşlılarda bədii-estetik zövqü inkişaf etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]