Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
Bakı, 16 iyun, AZƏRTAC
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirilib ki, hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
4. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.