BAKIDA İKİNCİ TÜRK FİLMLƏRİ FESTİVALI AÇILMIŞDIR
Türkiyə səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Fəthi Gədikli çıxışında türk kinosunun tarixi barədə qısa məlumat vermişdir. O xatırlatmışdır ki, Bakıda türk filmlərinin ilk festivalı 2001-ci ildə keçirilmişdir. Bakı tamaşaçıları bu festivalda müxtəlif dövrlərdə çəkilmiş və ayrı-ayrı beynəlxalq kinoforumlarda Qran-pri mükafatları almış 10 tammetrajlı filmə baxacaqlar. Bu filmlərdən ən köhnəsi 1977-ci ildə, sonuncusu isə 2004-cü ildə çəkilmişdir.
Mədəniyyət Nazirliyinin Kino işləri idarəsinin rəisi Cəmil Fərəcov səfirliyin əməkdaşlarına razılığını bildirərək vurğulamışdır ki, belə tədbirlər xalqın həyatına yaxından bələd olmağa imkan verir, ölkələrimiz arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə kömək edir.
Festival oktyabrın 25-dək davam edəcəkdir. “Araz” kinoteatrında hər gün 2-3 film nümayiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]