Bakıda İSESCO Uşaq məsələləri üzrə məsul Nazirlərinin IV konfransı keçiriləcəkdir
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 8-dən 12-dək Bakıda İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq məsələləri üzrə məsul Nazirlərinin IV konfransı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans İSESCO ilə 2013-cü il mayın 29-da imzalanmış qarşılıqlı razılaşma sənədinə əsasən təşkil edilir.
“İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusuna həsr olunmuş tədbirdə 56-dan çox ölkədən ümumilikdə 220-dən artıq nümayəndənin iştirakı gözlənilir.
Azərbaycan hökuməti İslam ölkələrinin uşaq siyasəti üzrə məsul nazirlərinin IV konfransına təqdim edilməsi üçün hesabat hazırlamışdır.
Hesabatda 2005-ci il noyabrın 5-dən 7-dək keçirilmiş İslam ölkələrinin uşaq siyasəti üzrə məsul nazirlərinin I konfransının(Rabat deklarasiyası), 2009-cu il fevralın 2-3-də keçirilmiş II konfransının (Xartum deklarasiyası), 2011-ci il fevralın 10-11-də keçirilmiş III konfransının (Tripoli deklarasiyası) sənədləri öz əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]