Bakıda karantin dövründə uşaqlarla iş üzrə təcrübə mübadiləsinə həsr edilmiş onlayn-konfrans keçirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) təşəbbüsü əsasında Azərbaycan Milli Xalça Muzeyinin Uşaq Şöbəsi ilə Perm Diyarşünaslıq Muzeyinin Uşaq Muzey Mərkəzi arasında “Karantin dövründə uşaqlarla iş üzrə təcrübə mübadiləsi, uşaqların marağının cəlb edilməsi formaları” mövzusunda onlayn-konfrans keçirilib.
RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, telekörpüdə Azərbaycan Milli Xalça Muzeyinin Uşaq Şöbəsinin əməkdaşları Təranə Əliyeva, Rəna Abdullayeva və Nəzrin Şirinova, habelə Perm Diyarşünaslıq Muzeyinin Uşaq Muzey Mərkəzinin əməkdaşları Ulyana Sayranova, Yuliya Qlazırına və Sergey Ostrovski iştirak edib.
Muzeylərin nümayəndələri əməkdaşlığın müxtəlif məsələlərini müzakirə edib, müxtəlif yaşlı uşaqlar üçün təhsil proqramları barədə söhbət açıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:19]
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir
- 01.10.2026 [17:11]
Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
- 01.10.2026 [15:18]
Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub
- 01.10.2026 [15:06]