Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun tarixi dəyişdirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Bu il Azərbaycanda bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yeni formatı ilə fərqlənəcək yarış mayın 3-dən 5-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.
Daha əvvəl Avropa Kubokunun martın 29-31-də keçiriləcəyi açıqlanmışdı.
Turnir Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları təşkil olunacaq. Avropa Kubokunda böyüklərlə yanaşı, gənclər də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]