Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə Yaponiya millisi böyük heyətlə qatılacaq
Bakı, 18 oktyabr, AZƏRTAC
Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək ölkələrin qeydiyyatı davam edir.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə artıq 20 ölkə iştirakını təsdiqləyib. Onların arasında ən böyük heyət Yaponiyaya məxsusdur. Cüdonun vətənindən Bakıda keçiriləcək nüfuzlu yarışda iştirak etmək üçün 19 (12 kişi, 7 qadın) idmançı iştirakını təsdiqləyib. Heyətdə iki dəfə “Böyük dəbilqə” turnirinin qalibi Ryuju Nagayama, Parisdə bu günlərdə keçirilmiş analoji turnirin qızıl medalçısı Ryoma Tanaka, bu ilki dünya çempionatının gümüş, Daşkənd və Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirlərinin qızıl və bürünc medalçısı Momo Tamaoki kimi güclü cüdoçular yer alıblar.
Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]