Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında növbəti medallar sahibini tapıb
Bakı, 25 avqust, AZƏRTAC
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı bu gün kişilər və qadınlar arasında 50 metr məsafəyə tapançadan atəş açma yarışları ilə davam edib.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilərin mübarizəsində qızıl medal 558 xal toplayan çinli atlet Yu Xieyə qismət olub.
Ondan 1 xal geri qalan Latviya təmsilçisi Lauris Strautmanis gümüş medala sevinib. Bürünc medala 556 xalla hindistanlı atıcı Ravinder Sinq sahib çıxıb.
Kişilərin komanda yarışında Çin birinci, Koreya ikinci, Hindistan üçüncü olub.
Qadınların mübarizəsində isə qızıl medalı 540 xal toplayan avstriyalı Silviya Şteyner qazanıb. Ondan 6 xal geri qalan Monqolustan atleti Bayartsetseq Tumurşudur gümüş medala yiyələnib. Bürünc medal isə 533 xalla hindistanlı Tiyana Tiyananın olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]