Bakıda liftdə qalan beş nəfər xilas edilib

Bakı, 15 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə iki halda paytaxtın Xətai rayonunun Cavanşir küçəsində, bir halda isə Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.
Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [21:23]
ADY-ın “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verilib
- 19.06.2025 [20:11]
Şəhid övladları üçün ödənişsiz ingilis dili kursu təşkil edilib
- 19.06.2025 [19:36]
Minskdə Azərbaycan və Belarus gənclərinin əməkdaşlığı müzakirə olunub
- 19.06.2025 [19:25]
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual oyun keçirilib
- 19.06.2025 [18:16]