BAKIDA MÜASİR İNCƏSƏNƏT MİNİ-FESTİVALI KEÇİRİLƏCƏK
İyunun 25-də “Kapelhaus”da səfirliyin dəstəyi ilə “Sonor” müasir musiqi təşəbbüsü mərkəzinin təşkil etdiyi festival çərçivəsində Almaniyanın “Ensemble Reflexion K” qrupunun konserti olacaq, Azərbaycan rəssamı Əli Herisçinin sərgisi açılacaqdır.
Qazi Universitetinin (Ankara) boyakarlıq fakültəsinin professoru, Almaniya, Türkiyə və Azərbaycan dizaynerlər birliklərinin üzvü Ə.Herisçi iki gün ərzində alman qrupu kompozisiyalarının təsiri altında “müasir musiqinin ruhunu maddiləşdirən” rəsmlər yaradacaqdır.
“Ensemble Reflexion K” qrupunun bədii rəhbəri Herald Ekert AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, “Sonor yol ayrıcında” layihələr silsiləsinin bir hissəsi olan bu festival incəsənətin və musiqinin müxtəlif janrlarının sintezindən ibarətdir. Müasir incəsənət daim hərəkətdədir və biz ümidvarıq ki, bu qeyri-adi layihə Azərbaycan cəmiyyətində müsbət qarşılanacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]