Bakıda növbəti Autizm Festivalı keçiriləcək

Bakı, 15 may, AZƏRTAC
Mayın 17-də Bakıda Azərbaycan Autizm Assosiasiyasının “Sea Breeze”lə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi V Autizm Festivalı baş tutacaq.
AZƏRTAC xəbər verir ki, tədbir saat 10:00-dan 18:00-dək Nigar Rəfibəyli küçəsində yerləşən Fəvvarələr meydanında keçiriləcək. Təşkilatçıların bildirdiyinə görə, festivalın məqsədi autizmli insanların sosial inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək və cəmiyyətin autizm spektr pozuntusu (ASP) barədə məlumatlılığını artırmaqdır.
Festival proqramına təntənəli açılış mərasimi, konsert, xüsusi bacarıqlı uşaqların əl işlərindən ibarət sərgi, müxtəlif yaradıcılıq və təlim sahələri üzrə tematik zonalar, reabilitasiya və təhsil müəssisələrinin layihələrinin təqdimatları daxildir.
Festivalın geniş auditoriyasını dövlət qurumlarının nümayəndələri, sahibkarlar, ictimai xadimlər, bloqerlər, həmçinin ASP-li uşaqlar və gənclər, onların ailələri təşkil edəcək.
Azərbaycan Autizm Assosiasiyası autizmli şəxslərin dəstəklənməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində səylərin koordinasiyası məqsədilə yaradılmış bir birlikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [14:06]
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
- 14.06.2025 [13:28]
DİN kiberdələduzluqla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib
- 14.06.2025 [13:09]
Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib
Uşaqlığın son zəngi...
- [14:25]
İraq BMT TŞ-yə İsraildən şikayət ünvanlayıb
- 13.06.2025 [23:27]
ETX: “Azərpoçt”un adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır
- 13.06.2025 [22:42]
Putin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb
- 13.06.2025 [22:17]
Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar
- 13.06.2025 [22:10]
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
- 13.06.2025 [22:04]
Energetika nazirinin müavini NATO-nun mənzil-qərargahında olub
- 13.06.2025 [21:56]
III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib
- 13.06.2025 [21:44]
Naxçıvan Hərbi Kollecində Milli Qurtuluş Günü qeyd edilib
- 13.06.2025 [21:29]
Daha 1200 həlak olmuş ukraynalının cənazəsi vətənə qaytarılıb
- 13.06.2025 [21:13]
Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
- 13.06.2025 [20:55]